Rusiya Ukraynanın Xarkov vilayətinə hücum edib. Faciə nəticəsində 7-si uşaq olmaqla 47 nəfər xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya dünən axşam saatlarında Xarkova raket zərbəsi endirib. Ukrayna Fövqəladə Hallar Nazirliyi hücum nəticəsində genişmiqyaslı dağıntıların və çoxlu yanğınların olduğunu bildirib. Hücum zamanı mülki infrastruktur obyektləri, yaşayış yerləri, poçt şöbəsi, mağazalar, idman kompleksi, ticarət mərkəzi və avtomobillər vurulub.
Ukrayna Fövqəladə Hallar Nazirliyi hücum nəticəsində 7-si uşaq olmaqla 47 nəfərin yaralandığını, 3 nəfərin dağıntılar altından xilas edildiyini bildirib. Bölgədə axtarış-xilasetmə işləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB