Kamçatkada helikopter qəzası ilə əlaqədar matəm elan edilib

Kamçatkada helikopter qəzası ilə əlaqədar matəm elan edilib

Sentyabrın 3-də Kamçatka ərazisində Mi-8 helikopterinin qəzaya uğraması ilə əlaqədar matəm elan edilib. SİA xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Solodov teleqram kanalında bildirib.

Qeyd edək ki, avqustun 31-də radarlardan itən Mi-8 helikopterinin qalıqları sentyabrın 1-də Kamçatkanın Vaçkajets dağ silsiləsi ərazisində tapılıb. Qəza yerində 18 nəfərin cəsədi tapılıb, hazırda axtarış əməliyyatı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə