...Moskva vilayətinin Ramenskoye şəhərində miqrantlar arasında kütləvi dava baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi Telegram kanalında yazıb.
...Sosial media xəbər verir ki, Ramenski şəhər rayonunda miqrantlar kütləvi dava ediblər. Faktla bağlı Moskva vilayəti üzrə Dövlət İstintaq İdarəsinin istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.
...İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə istintaqın gedişi və cinayətin müəyyən edilmiş halları barədə hesabat təqdim olunacaq.
Mesajda xüsusi olaraq vurğulanır ki, yerli sakinlər bu məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına və yerli dövlət qurumlarına müraciət etsələr də, hələ də miqrantlarla bağlı heç bir tədbir görülməyib.
Bundan əvvəl Moskva yaxınlığındakı Şçelkovo şəhərində 4 silahlı quldur toy mikroavtobusuna hücum etmişdi. Hücum edənlər şüşəni sındıraraq qaçmışdılar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB