Ukraynalılar Belarusla sərhəddə “ekskursiya” təşkil ediblər...

Düşmənlə qarşılaşmağa hazırıq...
Ukraynalılar Belarusla sərhəddə “ekskursiya” təşkil ediblər...

...Ukrayna Dövlət Sərhəd Xidməti Belarus sərhədində ukraynalılar üçün “ekskursiya” təşkil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, departament, Ukrayna qüvvələrinin mümkün təhlükələrə tam hazır olduğuna əmin edib.

Sərhədçilər qeyd ediblər ki, Aleksandr Lukaşenko təlimlər bəhanəsi ilə Belarus qoşunlarını Ukrayna ilə sərhədə yaxın ərazidə cəmləşdirir.

...Və buna cavab olaraq Ukrayna Dövlət Sərhəd Xidməti Çerniqov vilayətində müdafiə tədbirlərini gücləndirir.

Bu arada hərbçilər ukraynalılar üçün minalanmış sahələri, istehkamları və tammiqyaslı işğalın əvvəlində dağılmış körpünü göstərən video çəkiblər.

Pilotsuz təyyarələrin köməyi ilə vəziyyəti izləyən sərhədçilər bildiriblər ki, hazırda Belarus tərəfindən aqressiv hərəkətlər qeydə alınmır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə