Moskvanın qərbində evlərin birinin həyətində yeniyetmələr BMW markalı avtomobili yandırıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Diqqət, Moskva” Telegram kanalı yazıb.
İnformasiya resursunun məlumatına görə, naməlum şəxslər yanğının videosunu şəxsi kanallarında yerləşdirərək bunu “cəza” adlandırıblar.
Hadisə Lobaçevski küçəsi, 118 ünvanında yerləşən yaşayış binasının həyətində baş verib.
Yanğının şahidləri polisə və Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.
Yanğın söndürülüb, qonşu avtomobilə də ziyan dəyib. Yanğın baş verən evin sakinlərinin sözlərinə görə, onlar indi avtoxuliqanların maşınlarına ziyan vura biləcəyindən ehtiyat edirlər.
Avqustun 28-də Bratskda polis avtosalonuna daxil olaraq yanğın törədən yerli sakini saxlayıb – hücumçu iki bahalı avtomobili yandırıb.
Bundan əvvəl Sankt-Peterburqda polis seriyalı avtomobil yandıran şəxsi saxlamışdı. Hücumçu şəhərin bir neçə bölgəsində beş avtomobili yandırmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB