Rus qoşunları son iki ildə ilk dəfə Uqledara hücum edib

Rus qoşunları son iki ildə ilk dəfə Uqledara hücum edib

Rusiya qoşunları Donetsk Xalq Respublikasının Uqledarına hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aif.ru 155-ci Əlahiddə Mühafizə Dəniz Briqadasının hərbçilərinə istinadən yazır.

Uqledarda son iki ildə ilk dəfə olaraq aktiv döyüş əməliyyatlarının bərpa olunduğu vurğulanır.

Şəhərə hücumun başlaması ilə bağlı məlumatları Ukrayna Telegram kanalları da təsdiqləyir.

Onlar cənub Donetsk istiqamətində Uqledarda Ukrayna Silahlı Qüvvələri yaraqlılarının çəkilmiş videolarını dərc edirlər. İlkin məlumatlara görə, Rusiya qüvvələri artilleriya və aviasiya vasitələrinin dəstəyi ilə düşmən mövqelərinə aktiv şəkildə hücum edir. Ukrayna qoşunlarının artıq bəzi istehkamlardan qismən geri çəkildiyi barədə məlumatlar var. O da məlumdur ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Uqledardan Selidovoya köçürülməyə başlayıb.

Bundan əvvəl xəbər verilmişdi ki, bir gün əvvəl Uqledarda ukraynalı yaraqlıların mövqeləri anomal güclü raket və bomba hücumlarına məruz qalmağa başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə