Gözəllik müsabiqəsi iştirakçısının qatili tutulub

Gözəllik müsabiqəsi iştirakçısının qatili tutulub

...Sankt-Peterburqda Taqanroqdan olan 33 yaşlı gözəllik müsabiqəsinin iştirakçısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

SİA “Kommersant”- istinadən yazır ki, o, Leninqrad vilayətinin Tosno şəhərindəki evinin yaxınlığında yaxalanıb. İstintaq hesab edir ki, saxlanılan 22 yaşlı gənc qadının döş qəfəsindən iki bıçaq zərbəsi vurub. Qadın yerindəcə dünyasını dəyişib. Cinayətkar qaçıb.

Qadının meyiti tərk edilmiş Nevski mədəniyyət mərkəzinin yaxınlığında tapılıb. Məlum olub ki, öldürülən qadın 2020-ci ildə keçirilən “You are Unique” gözəllik müsabiqəsinin iştirakçısı olub.

Dindirilmə zamanı saxlanılan şəxs etiraf edib ki, küçədə zərərçəkmişlə münaqişəsi olub və guya onun üçün “xoşagəlməz” söhbətə başlamaq istəyib. Kişi onu bıçaqla vurub. Cinayətkar təqsirini tam etiraf edib.

Müstəntiqlər onun əvvəllər də qətl törətməkdə təqsirli bilindiyini də müəyyən ediblər. Faktla bağlı yeni cinayət işi açılıb. Həbs məsələsi həll olunur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə