Helikopterdə olan 22 nəfərin hamısının öldüyü güman edilir...

Helikopterdə olan 22 nəfərin hamısının öldüyü güman edilir...

...Axtarış qrupları dünən Kamçatkada yoxa çıxan Mi-8 helikopterinin qalıqlarını aşkar ediblər. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, onlar pilotların sonuncu əlaqə saxladıqları yerdən bir qədər aralıda tapılıblar. Əməliyyat xidmətlərinin TASS agentliyinə verdiyi məlumata görə, helikopter dağa çırpılaraq qəzaya uğrayıb. Helikopterdə olan 22 nəfərin hamısının öldüyü güman edilir.

SİA-nın əldə etdiyi məlumata görə, artıq onlardan 17 nəfərinin cəsədi tapılıb.

Qeyd edək ki, helikopter “Vityaz-Aero” aviaşirkətinə məxsus olub. Avqustun 31-də Vaçkajets vulkanı yaxınlığındakı ərazidən Nikolaevka ərazisinə uçarkən radarlardan itib. Helikopterin göyərtəsində üç ekipaj üzvü və 19 turist sərnişin olub. Onların arasında Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseni Zamyatin və həyat yoldaşı da olub.

Vityaz-Aero şirkəti 15 ildir sərnişin və turist daşımaları ilə məşğuldur. Şirkət həmçinin Kamçatkaya gəzinti və helikopter turları təklif edir.

Faktla bağlı yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə