...Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ukrayna ilə sərhədə yaxın yerləşən Belqorod bazar günü raket atəşinə tutulub. Yaralılar var. Bu, son üç gündə ikinci hücumdur. Rusiya hərbçilərinin Xarkova bir neçə zərbə endirməsindən təxminən bir saat sonra Belqorodda həyəcan təbili çalınıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov yazıb ki, “Belqorod və Belqorod vilayəti üzərində hava hücumundan müdafiə sistemi işə salınıb” və “bir neçə hava hədəfi vurulub”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, avtomobil və yaşayış binasının eyvanı yanıb.
Qladkovun sözlərinə görə, ikisi uşaq olmaqla 8 nəfər xəsarət alıb. Telegram kanalı Baza 12 qurban haqqında yazır.
Bazar günü səhər saatlarında Ukraynanın Xarkov şəhərinə edilən hücumlar nəticəsində son məlumatlara görə, 30-dan çox insan yaralanıb. Cümə günü Xarkov və bir neçə saat sonra Belqorod da atəşə tutulub.
Xarkovda 6 nəfərin öldüyü, 100-ə yaxınının isə yaralandığı bildirilib. Belqorodda, səlahiyyətlilərə görə, eyni gündə, raket hücumundan sonra 5 nəfər öldürülüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB