Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bazar günü, sentyabrın 1-də İraqın şimalında və Suriyada 17 terrorçu məhv edilib. SİA xəbər verir ki, İraqın Qara, Metin bölgələrində və “Pençe-Kilit” antiterror əməliyyatı zonasında silahlılara zərbələr endirilib. Bundan əlavə, Suriyanın Münbiç bölgəsində terrorçular zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalında 15, Suriyada isə daha iki yaraqlı məhv edilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi regionda terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.
Türkiyə ordusunun bölgədə ilin əvvəlindən məhv etdiyi terrorçuların sayı 1830-u keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB