...Almaniya hökuməti Ukraynaya yeni hərbi yardım paketini təhvil verib. Digər sursatlarla yanaşı, bu dəfə Kiyev IRIS-T və Bergepanzer 2 evakuasiya maşını alacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RBC-Ukrayna Almaniya hökumətinin mətbuat xidmətinə istinadən yayıb.
Yeni yardım paketinə aşağıdakılar daxildir:
- 1 IRIS-T SLS;
- 26 "Vektor" kəşfiyyat aparatı;
- 1 xilasetmə maşını Bergepanzer 2;
- 6 mühəndis ekskavatoru;
- 14000 155 mm-lik mərmi;
- 10 pilotsuz suüstü gəmi;
- 55 000 ilk yardım dəsti;
- tüfənglər.
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan Almaniya Ukraynaya hərbi yardım göstərməkdə aparıcı mövqe tutur. Berlin hava hücumundan müdafiə sistemləri, tanklar, zirehli maşınlar, müxtəlif çaplı mərmilər və digər hərbi texnika bağışlayır.
Bundan əlavə, Almaniya Ukrayna hərbçiləri üçün təlimlərdə iştirak edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB