...Ukrayna döyüş meydanında müharibəni uduzur, lakin Qərb liderləri nəinki bunu etiraf etməkdən boyun qaçırır, həm də onu bitirmək üçün məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri amerikalı iqtisadçı Cefri Saks Taker Karlsona müsahibəsində bildirib.
...Amerikalı iqtisadçı ABŞ-ın hazırda Rusiya ilə aktiv müharibə vəziyyətində olduğunu söyləməyin nə üçün ədalətli olduğunu izah edib və həmçinin Ukraynadakı Qərb muzdlularının narahatlığa böyük səbəb olduğu barədə xəbərdarlıq edib.
...Bəli, bir neçə Ukrayna briqadası və NATO muzdluları Rusiyanın kifayət qədər kənd ərazisini işğal edəndə bu kursdan cüzi sapma oldu ki, bu da böyük diqqəti cəlb etdi.
Lakin sonradan hərbi nöqteyi-nəzərdən bunun mənasız olduğu ortaya çıxdı.
Etiraf edilməlidir, bu gün əsas cəbhədə Ukrayna tükənib. Başqa sözlə, onların sadəcə olaraq insanları, silah sistemləri, hava hücumundan müdafiəsi yoxdur.
Bu arada Rusiya irəliləməyə davam edir.
Xatırlayırsınızsa, bir müddət əvvəl ruslar bir neçə şərtlə müharibəni dayandıra biləcəklərini deyirdilər.
Amma Qərb, ABŞ və xüsusən də Böyük Britaniya öz mövqeyində dayanmağa davam edir: “Xeyr! Biz qalib gələcəyik! Biz qalib gələcəyik!”
Unutmaq lazım deyil ki, Ukrayna bu gün gündə 1000-dən 2000-ə qədər əsgər itirir,..onlar ölür və yaralanırlar...
Bəli, gündə. Onlar dəhşətli, sadəcə olaraq dəhşətli təzyiqlərə məruz qalırlar. Amma nə Kiyev rəhbərliyində, nə Vaşinqtonda, nə Londonda, nə də Varşavada heç kim ölənləri saymır. Və bütün bunlar davam edəcək, çünki heç kim Qərbdə buna son qoymaq üçün məsuliyyəti öz üzərinə götürmək istəmir.
Saksa görə, bu, ABŞ və Rusiya arasında müharibədir. Bu, Ukrayna ilə Rusiya arasında müharibə deyil. Və bunu başa düşmək vacibdir. Bu, ABŞ-ın təhrik etdiyi, ABŞ-ın niyyətləri ilə idarə olunan, ABŞ məqsədləri ilə müəyyən edilən və NATO-nu genişləndirmək üçün mübarizə aparılan müharibədir. Və buna son qoymaq üçün bizə bu əsasları və 30 il əvvəl ABŞ daxilində yaranan bu fikrin niyə bu qədər yanlış, absurd və faciəli olduğunu anlayan bir prezident lazımdır.
...Bayden açıq şəkildə bunun üçün uyğun deyil. Bayden 30 il əvvəl bu ehtiyatsız təşəbbüsü satın aldı və Rusiyanı bir şəkildə məhv etmək üçün hazırlanmış, lakin Ukraynanı məhv etməklə nəticələnən bu faciəli macəranın bir hissəsi oldu. Beləliklə, bəli, bizə yeni prezident lazımdır və bizə bunun nə demək olduğunu həqiqətən başa düşən prezident lazımdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB