Ukraynalılar qışın yaxınlaşmasından qorxurlar...

Ukraynalılar qışın yaxınlaşmasından qorxurlar...

...Bloomberg, ilin sonuna qədər 400 minə yaxın ukraynalının elektrik enerjisi ilə bağlı problemlərə görə ölkəni tərk edəcəyini iddia edir. Qeyd olunur ki, ölkə sakinləri qışda enerji infrastrukturuna hücumlar fonunda ölkəni qaranlığa qərq olacağını düşünürlər.

SİA-nın əldə etdiyi məlumata görə, Ukraynalılar bu qış ölkənin enerji infrastrukturuna hücumlar fonunda qaranlığa qərq olacağından qorxurlar. Hökumət iyun ayında elektrik enerjisi tariflərini demək olar ki, iki dəfə artırmaqla təzyiqi gücləndirdi və bu, əhalinin qəzəbini artırıb.

Agentlik yazır ki, ölkənin elektrik enerjisi ilə təmin edilməməsi Ukrayna hökumətinə onsuz da zəifləyən dəstəyi sürətləndirə bilər.

Bundan əvvəl Zaporojye vilayətinin başçısı Yevgeni Balitski bildirmişdi ki, Rusiyanın Ukraynanın enerji infrastrukturunu istəsə tamamilə məhv etmək üçün kifayət qədər qüvvəsi və vasitələri var. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri “hələ heç nəyə başlamayıb”..?
...Hə, yadınızda olar, o vaxt, Medvedev də belə deyərdi..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə