...Hərbi ekspert, istefada olan polkovnik Viktor Litovkin RT ilə söhbətində “F-16” təyyarələrinin Ukraynaya tədarükü ilə cəbhədəki vəziyyəti dəyişməyəcəyinə əminliyini ifadə edib.
...Əlbəttə, bu, cəbhədəki vəziyyətin dəyişməsinə səbəb olmayacaq, çünki “F-16”-nın təsir göstərməsi üçün çox şey lazımdır. Birincisi, pilotlar olmalıdır. Ukraynada hazır olan səkkiz pilot qalıb.
İkincisi, “F-16”-ya pilot yetişdirmək üçün ən azı iki il vaxt lazımdır, lakin onlar altı aydan çox olmayan müddətdə məşq ediblər. Buna görə də pilot xətası mümkündür.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu deyən Litovkin, Ukraynada Amerika təyyarələrinə texniki xidmət sisteminin olması lazım olduğuna da diqqət çəkib.
...Çünki onu uçuşa hazırlamaq və uçuşdan sonra xidmət göstərmək lazımdır. Və bütün təlimatlar eləcə də texnoloji xəritələr Ukraynada az adamın bildiyi ingilis hərbi-texniki dilində yazılıb. Bir təyyarəyə xidmət göstərmək üçün isə ən azı 50-60 nəfər lazımdır. Mən heç demirəm ki, aerodrom elə tikilməlidir ki, orada təyyarələrə texniki qulluq zavodu, aviasiya kerosini istehsal edən və təmizləyən zavod, yüksək təzyiqli hava təmizləyici qurğu, eləcə də təyyarələr üçün anqarlar olsun. Pilotun görə biləcəyindən daha uzağı görə bilən radar stansiyaları olan komanda qülləsi olmalıdır. Və Ukraynada olmayan bir çox başqa şeylər...
Bunu da Viktor Litovkin əlavə etdi.
Yeri gəlmişkən, daha əvvəl Rusiyanın Əməkdar pilotu Vladimir Popov da bu mövzuda danışmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB