Əgər Ukraynanın qələbəsinə nail olmaq zərurəti ilə bağlı qərar qəbul edilərsə...

Əgər Ukraynanın qələbəsinə nail olmaq zərurəti ilə bağlı qərar qəbul edilərsə...

Estoniyanın müdafiə naziri Hanno Pevkur Praqa Qlobsecdə keçirilən illik təhlükəsizlik konfransında bildirib ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin qalib gəlməsini istəyib-istəmədikləri barədə hələ qərar verməyiblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Agentliyin məlumatına görə, 2024-cü il iyunun 27-də Estoniya və Ukrayna arasında 10 il müddətinə ikitərəfli təhlükəsizlik sazişi imzalanıb.

Sənədə əsasən, Tallin Kiyevə 2024-2027-ci illər ərzində hərbi yardım üçün ÜDM-in ən azı 0,25 faizini hər il ayıracağına söz verib.

...Ukraynalılar ehtiyac duyduqları hər şeyə sahib deyillər. Və biz, siyasətçilər, çox sadə bir sualla qarşılaşırıq: biz Ukraynanın döyüşməsini, yoxsa Ukraynanın qalib gəlməsini istəyirik?

Əgər Ukraynanın qələbəsinə nail olmaq zərurəti ilə bağlı qərar qəbul edilərsə, başqa bir qərar verilməli olacaq - hər bir ölkə hər il Ukraynaya ÜDM-in ən azı 0,25 faizini təmin etməlidir.

Bunu deyən nazir yekunlaşdırıb ki, Qərb Ukrayna Silahlı Qüvvələrini Ukraynanın döyüşməsi üçün kifayət qədər, lakin qələbə qazanması üçün çox kiçik həcmdə silah və hərbi texnika ilə təmin edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə