Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) orqanlarında iştirakı ilə bağlı açıqlama verib.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistan KTMT-nin bütün orqanlarında iştirakını dondurub və hələlik başqa qərarlar qəbul etmək fikrində deyil.
...Biz KTMT-nin bütün orqanlarında fəaliyyətimizi dondurmuşuq və indiki mərhələdə bunu kifayət hesab edirik. İndi biz fərqli qərar qəbul etməyə ehtiyac görmürük, lakin bu o demək deyil ki, gələcəkdə fərqli qərar qəbul etməyəcəyik.
Bunu Ermənistanın baş naziri bildirib.
…2024-cü il iyunun 12-də Nikol Paşinyan bəyan edib ki, Ermənistan KTMT-dən çıxacaq, lakin onun çıxma vaxtı hələ müəyyən edilməyib.
Onun sözlərinə görə, KTMT üzvləri “Ermənistan və Azərbaycana qarşı müharibə planlaşdırırdılar”.
SİA bu barədə rus saytlarına istinad edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB