Braziliya Ali Məhkəməsinin hakimi Alexander de Morais “X” sosial şəbəkəsinin fəaliyyətinin dərhal dayandırılması barədə göstəriş verib. SİA xəbər verir ki, bu barədə “Reuters” məhkəmə sənədinə istinadən məlumat yayıb.
Bu qərar sosial şəbəkənin sahibi İlon Maskın Braziliyadakı qanuni nümayəndəsini təyin etməkdən imtina etməsindən sonra verilib.
Avqustun 17-də “X” senzura məsələsi ilə bağlı hakimiyyətlə münaqişə fonunda Braziliyadakı ofisini bağlamaq qərarını açıqladı. Hakim Morais gizli şəkildə sosial şəbəkənin ölkədəki qanuni nümayəndələrini şirkət onun tələblərini yerinə yetirməkdən imtina edəcəyi təqdirdə həbs edilməklə hədələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB