Rumıniyanın Müdafiə Nazirliyi “Patriot” zenit-raket kompleksinin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini parlamentə göndərib.
SİA xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
...Köçürmə qanununun tamamlanması Rumıniyanın regional təhlükəsizlik təminatçısı kimi mövqeyini vurğulamağa və onun ABŞ ilə tərəfdaşlığını gücləndirməyə kömək edəcək.
Sənəddə belə deyilir.
Qeyd edək ki, sənəd 3+ versiyasında ABŞ-dan alınmış yeddi “Patriot” kompleksindən birinin Ukraynaya ötürülməsi nəzərdə tutulur. Bu, həm ABŞ, həm də 20-yə yaxın digər müttəfiq tərəfindən istifadə edilən “Patriot” sisteminin hazırkı konfiqurasiyasıdır.
Onu da qeyd edək ki, artıq dörd “Patriot” Rumıniyaya gəlib, onlardan ikisi xidmətə verilib.
Digər üçü də tezliklə gələcək. Milli Müdafiə Ali Şurasının tələbinə əsasən, Rumıniya ABŞ da daxil olmaqla NATO müttəfiqləri ilə Ukraynaya veriləcək yeni “Patriot” sistemini almaq üçün danışıqlar aparmalıdır.
Yeni sistemin alınması ilə bağlı xərclər Ukrayna üçün ayrılan beynəlxalq fondlar hesabına ödəniləcək.
Bununla belə, parlament Rumıniya Müdafiə Nazirliyinin büdcəsindən qarşılanacaq rüsum və komissiyalara təxminən 60 milyon dollara başa gələcək yeni kompleksin qəbulunu da təsdiqləməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB