Kadırovun qızı medal alıb, amma onu kimin təltif etdiyi məlum deyil...

Kadırovun qızı medal alıb, amma onu kimin təltif etdiyi məlum deyil...

...Çeçenistan rəhbərinin böyük qızı, respublikada baş nazirin müavini vəzifəsini tutan Ayşat Kadırova “Səhiyyə sahəsində xidmətlərinə görə” medalı alıb. Mükafat ona “tibb sənayesinin inkişafına verdiyi mühüm töhfəyə görə” verilib, lakin bu töhfənin konkret olaraq nədən ibarət olduğu açıqlanmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Qroznı-İnform” dövlət xəbər agentliyi bu barədə Çeçenistan Səhiyyə Nazirliyinin kollegiyasının iclasında bildirib.

…Qeyd edək ki, “Səhiyyə sahəsində xidmətlərə görə” medalı Rusiyanın, eləcə də Çeçenistanın dövlət və idarə mükafatlarının daxil edilmir. Açıq mənbələrdən əldə edilən məlumatlara görə, o, Ümumrusiya İctimai Mükafatlar Şurası tərəfindən verilir.

RusProfile məlumat bazasından verilən məlumata görə, bu adda bir təşkilat 2013-cü ildə ləğv edilib.

Ümumrusiya İctimai Mükafatlar Şurasının saytında bildirilir ki, ona Sovet İttifaqı Qəhrəmanı, polkovnik Sergey Romanovtsev rəhbərlik edirdi ki, o da 2022-ci ildə vəfat edib. Saytın məlumatına görə, “mükafat nişanlarının və onlara əlavə sənədlərin istehsalı ilə bağlı xərclər ərizə verən tərəf tərəfindən ödəniləcək.

…Və yeri gəlmişkən, bu ilin iyununda Çeçenistanın rəhbəri Ramzan Kadırov da “Səhiyyə sahəsində xidmətlərinə görə” medalı alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə