Fransada belə bir qanun yoxdur, Durovu ABŞ tutdurub..?

Fransada belə bir qanun yoxdur, Durovu ABŞ tutdurub..?

...Durovun hüquq-mühafizə orqanlarına telefon dinlənməsi imkanını verməkdən imtina etməkdə ittiham edilməsi çoxlu suallar yaradır.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri Consonun “Dialogue Works”-də izah etdiyi kimi, Fransada sadəcə olaraq belə bir qanun yoxdur. Yəni dinləmək və onun nəticələrini məhkəməyə təqdim etmək üçün icazəyə ehtiyac yoxdur.

Ancaq kəşfiyyatı Telegram-a asanlıqla belə bir sorğu göndərə və rədd cavabı ala bilən ABŞ-da lazımdır.

Beləliklə, Sizin üçün də maraqlı olacaq deyə, SİA bu məsələ ilə bağlı Larri Consonun fikirləri diqqətinizə çatdırır:

...Mənə elə gəlir ki, Pavel Durovun həbsi ABŞ-ın göstərişi ilə həyata keçirilib. İcazə verin izah edim.

Onun işində 12 ittiham var. Ancaq bir şeyə xüsusi diqqət yetirməlisən. Bütün digər ittihamlar, 12-dən 11-i bu işdə şəriklikdir, ortaqlıqdır... Əsasən, onun platformasında baş verən hər şeyə görə ittihamdır. İkinci ittiham diqqətimi çəkdi. Sitat gətirirəm: “Hüquq-mühafizə orqanlarının tələbi ilə qanunla icazə verilən telefon dinləməsinin aparılması və həyata keçirilməsi üçün zəruri olan məlumat və ya sənədlərin təqdim edilməməsi”.

Tərif olduqca maraqlıdır. Bildiyimə görə, Fransada kiminsə söhbətinə qulaq asmaq üçün səlahiyyətli hakimdən icazə tələb edən qanun yoxdur.

Amma bilirəm ki, ABŞ-da belə bir qanun var. Səhv edə bilərəm, amma bildiyim odur ki, ABŞ-da ən azı nəzəri cəhətdən hüquq-mühafizə orqanlarını kəşfiyyat orqanlarından ayıran ciddi xətt var.

Təbii ki, ABŞ kəşfiyyat cəmiyyətinin insanların söhbətlərinə qulaq asmaq üçün icazə almağa ehtiyac yoxdur - onsuz da onlar bunu etməkdə rahatdırlar. Həm amerikalılarla, həm də əcnəbilərlə. Onlar amerikalıları incitməməlidirlər, amma edirlər. Bu fakt on ildən çox əvvəl Edvard Snoudenin sayəsində məlum olub. Lakin, məsələn, telefon dinləməsi vasitəsilə əldə edilmiş məlumatdan istifadə etmək qərarına gəlsəniz, bu sübutları məhkəməyə təqdim etmək üçün qanuni icazə almalısınız.

Buna görə də ittihamları oxuyanda məndə güclü təəssürat yarandı ki, ABŞ Telegram-dan hansısa konkret hədəfin - Telegram ilə əlaqəli birinin və ya onun istifadəçilərindən birinin telefonlarının dinlənilməsinə icazə verməsini xahiş edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə