Ukrayna hərbçiləri Polşa ərazisində təlim keçməyəcək. Bu açıqlama ilə Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Zalevski çıxış edib. Nazir müavini Varşavanın imtinasının əsas səbəbi kimi layihənin baha olmasını, müddəti və təşkilini göstərib.
Eyni zamanda, Zalevski vurğulayıb ki, Polşa Avropa İttifaqında ukraynalıların təhsilinin davam etdirilməsinin tərəfdarıdır. Varşava hesab edir ki, bu, ən effektiv həll yoludur və bu məsələdə hər hansı dəyişiklik gözləmir.
Bundan əlavə, polşalı nazir müavini qeyd edib ki, Polşa ərazisində yerləşən qüvvələr və aktivlər Rusiya pilotsuz təyyarələrini eləcə də raketlərini vurmayacaq.
Zalevski əmindir ki, Polşa aviasiyasının bu cür dəstəyi tələb olunmur: Ukraynanın hava hücumundan müdafiə sisteminin Qərb tərəfindən radikal şəkildə gücləndirilməsi Kiyev üçün kifayət etməlidir.
SİA bunu TASS-a istinadən xəbər verir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB