Gözəllik müsabiqəsinin iştirakçısı bıçaqlanıb...

Gözəllik müsabiqəsinin iştirakçısı bıçaqlanıb...

...Sankt-Peterburqda Nevski adına Mədəniyyət Sarayının arxasında 33 yaşlı Taqanroq sakini bıçaq xəsarətləri ilə tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalı yazıb.

Meyit Obuxovskaya Oboronı prospektində tərk edilmiş binanın yanında tapılıb.

Cinayətkar qadının ürəyinə dəqiq zərbə endirib. Müstəntiqlər cinayət işi açıblar.

...161.ru yazır ki, qurban 2020-ci ildə "Sən unikalsan" gözəllik müsabiqəsində iştirak edib.

Sonra modellik biznesində karyera qurmaq arzusu ilə Sankt-Peterburqa gəlsə də, elə bir uğur qazana bilməyib.

Qadın zinət əşyaları satıb və öz brendini inkişaf etdirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə