Andrey Arşavinin keçmiş həyat yoldaşının qızı döyülüb

Andrey Arşavinin keçmiş həyat yoldaşının qızı döyülüb

Sankt-Peterburqda futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı Alisa Kazminanın qızı döyülüb. Baza Telegram kanalının məlumatına görə, avqustun 28-də Morskaya sahilindəki ticarət mərkəzində 13 yaşlı qızla 51 yaşlı kişi arasında münaqişə baş verib. Qız dostları ilə yüksək səslə danışır, ticarət mərkəzinin ətrafında qaçırdı.

SİA-nın əldə etdiyi məlumata görə, bu, ziyarətçilərdən birinin xoşuna gəlməyib: o, yeniyetmələrə irad tutub və buna cavab olaraq kobud etirazlar eeşidib. Bundan sonra həmin şəxs yeniyetmələri təqib edərək onlardan birini “Perekrestok” mağazasının girişində yaxalayıb və onu itələyərək boğmağa başlayıb.

Hadisə şahidləri hücumçunu saxlayaraq polisə zəng ediblər. Hadisə ilə bağlı protokol tərtib edilib. Hazırda cinayət işinin başlanması məsələsi həll edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə