Tramp yeni kitabında Putinlə görüşünə "heyrandır"..?

Tramp yeni kitabında Putinlə görüşünə "heyrandır"..?

...Keçmiş prezident Donald Tramp qarşıdakı kitabda Rusiya prezidenti Vladimir Putinlə 2018-ci ildə geniş şəkildə tənqid edilən görüşünü müdafiə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sentyabrın 3-də çıxacaq kitab onun prezidentlik kampaniyaları və vəzifədə olduğu vaxtlardan fotoşəkillər eləcə də lətifələr toplusudur.

Tramp “Amerikanı xilas etmək” kitabında Helsinkidə Putinlə sammiti “Böyük görüş” adlandırır.

...Çox çətin gün idi,-deyə Tramp yazıb.

...Rusiya prezidenti Putinlə hər kəsin tanıdığı böyük bir görüşüm oldu. Sonra saxta xəbərlər yalan xəbərlər yaymağa başladı.

Trampın həmin gün verdiyi açıqlamalar ABŞ kəşfiyyat orqanlarının Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı gəldiyi nəticəyə zidd olduğu üçün tənqid edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə