Almaniya Əfqanıstan vətəndaşlarını deportasiya etdi

Almaniya Əfqanıstan vətəndaşlarını deportasiya etdi

Almaniya bir çox Əfqanıstan vətəndaşını deportasiya etdi.

Almaniya hökumətinin sözçüsü Stefen Hebestreit verdiyi açıqlamada ölkəsinin 2021-ci ilin avqustundan bəri ilk dəfə Əfqanıstan vətəndaşlarını deportasiya etdiyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nə qədər əfqanın deportasiya edildiyi barədə məlumat verməyən S.Hebestreit onların hamısının Almaniyada qalma hüququ olmayan şəxslər olduğunu açıqlayıb.
Almaniya hökumətinin bu istiqamətdəki qətiyyətini davam etdirəcəyini vurğulayan S.Hebestreit deyib:"Almaniyanın təhlükəsizlik maraqları cinayətkarların və təhlükəli şəxslərin müdafiəsi maraqlarından üstündür".
''Spiegel'' jurnalının yaydığı məlumata görə, 28 Əfqanıstan vətəndaşı bu gün səhər saatlarında Leypsiqdən təyyarə ilə Kabilə göndərilib.
Hər əfqana 1000 avro verildiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə