Quldur, oğru, məhkum polis: Adıgeydə yeni məzarlıq tapılıb

Quldur, oğru, məhkum polis: Adıgeydə yeni məzarlıq tapılıb

...Adıgeydəki Maykop şəhər qəbiristanlığında Ukraynadakı müharibədə həlak olan rusiyalı hərbçilərin yeni məzarları aşkarlanıb. Rəsmi orqanlar onların ölümləri barədə məlumat verməyib.

SİA-nın əldə etdiyi məlumata görə, fəal Vitali Votanovski “Tituşki in Krasnodar” teleqram kanalında dəfnlərin fotolarını dərc edib.

“Kavkaz.Realii”-nin redaktorları Adıgeydən olan qurbanların məlumatlarını öyrənərək məlum olub ki, onlardan bir neçəsi əvvəllər, o cümlədən zorakılıq cinayətlərinə görə mühakimə olunublar.

Hazırda “Kavkaz.Realii” saytı açıq və öz mənbələrindən Rusiyanın cənubu və Şimali Qafqaz regionlarının doqquz minə yaxın yerli sakininin ölümündən xəbər tutur. Rusiya hakimiyyəti itkiləri gizlədir, ona görə də real rəqəm daha çox ola bilər.

“Tituşki Krasnodarda” teleqram kanalının müəllifi Votanovski daha əvvəl “Kavkaz.Realii” redaktorlarına bildirib ki, ümumilikdə o, Krasnodar diyarında və Adıgeydə 1700-dən çox rus hərbçi və muzdlunun məzarını tapıb. Onlardan 600-dən çoxu “Vaqner” PMC-nin muzdlularının dəfn olunduğu Bakı kəndində (Qeyd edək ki, SİA- bir müddət bundan əvvəl bu kənd barədə məlumat vermişdi – A.B.) ayrıca qəbiristanlıqdadır. Cinayət təqibi təhlükəsi səbəbindən fəal Rusiyanı tərk edərək Xorvatiyadan siyasi sığınacaq istəyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə