Ukrayna ordusunda "şpion" tutublar..?

Ukrayna ordusunda "şpion" tutublar..?

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin (SBS) bu yaxınlarda təyin olunmuş qərargah rəisi, 1-ci dərəcəli kapitan Roman Qladki Rusiyaya casusluq etməkdə şübhəli bilinir.

SİA-nın əldə etdiyi məlumata görə, DeepState nəşri iddia edir ki, Qladkinin dövlətə xəyanətdə və korrupsiyada əli var. Bundan əlavə onun arvadının Rusiya pasportu var, qızı isə beynəlxalq yarışlarda Rusiya millisi üçün yarışır.

Nəşrin məlumatına görə, Qladkinin bu vəzifəyə təyinatı DSX komandiri Vadim Suxarevskinin etirazlarına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski tərəfindən qəbul edilib.

Lenta.ru mənbəyə istinadən xəbər verir ki, DeepState bu qərarın SBS daxilində ixtilaf yaratdığını və normal işə mane olduğunu iddia edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə