İordan çayının qərb sahilindəki hücumlarda 150-dən çox uşaq ölüb - BMT

İordan çayının qərb sahilindəki hücumlarda 150-dən çox uşaq ölüb - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 7-dən bəri İsrail ordusu və Fələstin torpaqlarını qəsb edən israillilərin hücumlarına səhnə olan işğal altındakı İordan çayının qərb sahilində 150-dən çox uşağın həyatını itirdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini, İsrail ordusunun İordan çayının qərb sahilindəki hücumları ilə bağlı sosial media hesabından açıqlama verib. Lazzarini qeyd edib ki, oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində baş verən hücumlarda 150-dən çox uşaq həyatını itirib.

İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı hücumlarının bölgədəki fələstinli qaçqınları təsir altına almaqda davam etdiyini ifadə edən Lazzarini, şimaldakı 4 qaçqın düşərgəsindəki on minlərlə insanın infrastrukturların dağıdılması da daxil olmaqla İsrailin hücumlarından təsirləndiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə