Fələstinli fenomeni İsrailin hücumunda həyatını itirdi

Fələstinli fenomeni İsrailin hücumunda həyatını itirdi

Qəzzada çadırdakı gündəlik həyatını və qarşıdurmalarını sosial mediada paylaşan 19 yaşlı fələstinli sosial media məzmun prodüseri Muhammed Medo Halimi İsrailin hava hücumu nəticəsində həyatını itirib. Haliminin xatirəsinə sosial şəbəkələrdə minlərlə mesaj paylaşılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan yaralı sağ çıxan Medonun ölüm xəbərini paylaşaraq videolar çəkdirdiyi dostu Talal Murad, Medonun xatirəsinə paylaşdığı mesajda deyib: “Ən yaxşı dostum Medo Halimi qucağımda öldü. Hər şeyi birlikdə etdik, güldük, ağladıq, saatlarla dayanmadan gəzdik, bir yerdə biznes qurduq, amma təəssüf ki, birlikdə ölmədik".

Medonun izləyiciləri onun xatirəsinə sosial şəbəkədə minlərlə mesaj paylaşıblar. Medo və Talal iyun ayında bir media orqanına verdiyi müsahibədə demişdilər: “Nə olursa-olsun, hansı şəraitdə olursa-olsun, sağ qalacağıq və yaşayacağıq. Biz məğlub ola bilmərik. Biz çox güclü insanlarıq və nə olursa-olsun sağ qalacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə