Rusiyanın şərqində 6 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın şərqindəki Kamçatka bölgəsində yerli vaxtla saat 4:24-də 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı olmayıb.
Vulkanlarla əhatə olunmuş Kamçatkada ən azı 181 min insan yaşayır. Region Rusiya üçün əhəmiyyətli limanlara ev sahibliyi edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB