Maori kralı vəfat edib

Yeni Zelandiyanın Maori xalqının kralı Tuheitia Potatau te Wherowhero VII, 69 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Kiingitanga" adlı Maori Kral Hərəkatının sözçüsü Rahui Papa "İnstaqram" sosial media platformasında parlament tərəfindən seçilən monarxiyanın 7-ci kralı Tuheitia Potataunun ürək əməliyyatından sonra xəstəxanada vəfat etdiyini açıqlayıb.

Papa qeyd edib ki, 69 yaşlı kral Tuheitiyanın vəfatı Kiinqitanqa, Maori və bütün xalq üçün kədərli hadisədir. Yeni Zelandiyanın Baş naziri Kristofer Luxon, kral Tuheitiyanın xalqına sadiqliyinə toxunaraq, Tuheitianın "Kiingitanga" dəyərlərini və ənənələrini qorumaq üçün yorulmaz səyləri millətimizdə silinməz iz buraxdı" fikirlərini səsləndirib.

Yeni Zelandiya materikinin yerli Polineziya xalqı olan Maori, özlərini "yerin insanları" kimi təsvir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə