Almaniya 28 cinayətkarı Əfqanıstana deportasiya edib

Almaniya 28 cinayətkarı Əfqanıstana deportasiya edib

Almaniya Taliban hakimiyyətini ələ keçirdikdən sonra ilk dəfə olaraq 28 cinayətkarı Əfqanıstana deportasiya edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gecə boyu Almaniyanın müxtəlif əyalətlərindən Leypsiqə gətirilən 28 Əfqanıstan vətəndaşı səhər saatlarında "Qatar Airways"in təyyarəsi ilə Leypsiqdən Kabilə yola salınıb.

Federal Hökumətin Mətbuat və İnformasiya İdarəsinin verdiyi açıqlamada Əfqanıstan vətəndaşlarının 2021-ci ilin avqustundan bəri ilk dəfə vətənə qaytarıldığı bildirilib. Açıqlamada deportasiya edilənlərin hamısının Almaniyada qalmaq hüququ olmayan, mühakimə olunan cinayətkar Əfqanıstan vətəndaşları olduğu bildirilib.

Açıqlamada, Federal Hökumətin son aylarda bu cür hallarda geri qaytarmaların yenidən başlaması üçün böyük səylər göstərdiyi və bu məqsədlə məsul dövlətləri dəstəklədiyi ifadə edilib: "Almaniya, çətin çərçivə şərtlərini nəzərə alaraq, geri dönüşləri asanlaşdırmaq üçün mühüm regional tərəfdaşlarından dəstək istədi. Federal Hökumət bu dəstəyi qəbul etdi".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə