Ukrayna ilk F-16-sını itirdi

Ukraynaya məxsus “F-16” qırıcısı qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə bazar ertəsi, avqustun 26-da baş verib. Nəticədə pilot həlak olub.

Nəşrin həmsöhbəti “Çox güman ki, qəza pilotun səhvi nəticəsində baş verib”, - deyə bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatı təsdiqləyib. Ölkə rəsmiləri qəzasının səbəbini açıqlamayıb.

Xatırladaq ki, Ukrayna vəd edilən F-16 qırıcılarını avqustun əvvəllərində təhvil almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə