...Avropa İttifaqının baş diplomatı Josep Borrell bildirib ki, üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edənlərin çoxu Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatını dəstəkləyib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə cümə axşamı Brüsseldə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Borrell Ukraynanın Kursk bölgəsindəki əks-hücum əməliyyatının “Putinin hekayəsinə necə zərbə vurduğu” barədə sözlərini xatırladıb.
...Ukrayna strateji cəsarət nümayiş etdirdi və Putinin xüsusi əməliyyat hekayəsini tamamilə faydasız etdi.
Bunu Avropa İttifaqının baş diplomatı bildirib.
Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşündə BMT Nizamnaməsinə uyğun olaraq Ukraynanın ayrılmaz özünümüdafiə hüququ çərçivəsində “bir çox üzv dövlətlər Kursk əməliyyatını dəstəklədiklərini” bildiriblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB