...Belarus prezidenti Aleksandr Lukaşenko orduya ölkəsindən kənarda döyüşmək əmri verməyəcəyini bildirib.
Belarus dövlətinin başçısı sülhsevər siyasətini davam etdirəcəyinə söz verib.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini BELTA agentliyi sitat gətirir.
... Ölkəmizdən kənara çıxmaq əmri olub və olmayacaq. Yalnız onlar bizə pis niyyətlə gələndə döyüşəcəyik. Hamısı budur.
Bunu Lukaşenko bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Belarus prezidenti qeyd etmişdi ki, NATO Belarus Respublikasının sərhədlərini pozarsa, Minsk dərhal cavab verəcək.
Eyni zamanda Lukaşenko əlavə edib ki, o, müharibə və eskalasiya istəmir, lakin “qırmızı xətlər olmayacaq”. ...Avqustun 15-də Belarus prezidenti Rusiya-Ukrayna münaqişəsindən danışıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB