Avropa İttifaqı Şurasının sprezidenti Şarl Mişel oktyabrın 16-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Aİ-Körfəz Əməkdaşlıq Şurasının birinci sammitindən əvvəl Qətərə səfər edib.
SİA-nın əldə etdiyi məlumata görə, Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl-Sani ilə keçirdiyi görüşdən sonra rəsmi internet səhifəsində paylaşım edən Şarl Mişel Əl-Sani ilə ilk dəfə keçiriləcək Aİ-Körfəz Əməkdaşlıq Şurası sammitini müzakirə etdiklərini bildirib.
Şeyx Təmim bin Hamed Əl-Saninin dəstəyinin çox əhəmiyyətli olduğuna diqqət çəkən Şarl Mişel deyib: "Sammit tərəfdaşlığımızı və siyasi dialoqumuzu strateji səviyyəyə qaldırmaq üçün bir fürsət olacaq".
Avropa İttifaqı və Körfəz ölkələri arasında bərpa olunan enerji mənbələri, iqlim dəyişikliyi ilə mübarizə, ticarət və investisiyalar məsələsində dialoqu artıracaqlarına diqqət çəkən Şarl Mişel bir çox sahədə birgə işləri dərinləşdirəcəklərini qeyd edib.
Görüşdə Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi müxtəlif mövzuları müzakirə etdiklərini ifadə edən Şarl Mişel deyib:“Biz Qətərin Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün göstərdiyi səyləri və aparıcı rolunu yüksək qiymətləndiririk''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB