"Ukrayna Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyini təhdid edir..."
Macarıstanın xarici işlər naziri Peter Siyyarto hesab edir ki, Ukrayna onun ölkəsinin və Slovakiyanın enerji təhlükəsizliyini təhdid edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gettyimages.ru yazır.
Nazirin mövqeyini Macarıstanın Baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç sosial şəbəkədə paylaşıb.
Qeyd olunur ki, Ukrayna Rusiyadan Macarıstana neft idxalının təxminən üçdə birini, Slovakiyaya isə təxminən 45 faizini bloklayır.
... Siyyarto Ukraynanın hərəkətlərindən ciddi narahatlığını ifadə edib, – nəşr yazır.
Bundan əvvəl Macarıstan Rusiya neftinin tədarükünü əngəlləməkdə Brüsselin roluna diqqət çəkib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB