Moskva stomatologiyasından bir milyon rubldan çox pul oğurlanıb

Moskva stomatologiyasından bir milyon rubldan çox pul oğurlanıb

...Paytaxtdakı stomatoloji klinikaya girən şəxs işçilərdən birinin bel çantasını oğurlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, çantanın içərisində bir milyon rubldan çox pul olub. Bu barədə “Axşam Moskva”ya Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Oğru stomatoloji klinikaya xidmətin giriş qapısından daxil olub. O, kabinetlərin birində klinika əməkdaşına məxsus pul olan bel çantası tapıb. Kişi pulu cibində gizlədərək oğurlayıb, sonra isə qaçıb. Dəymiş maddi ziyan bir milyon rubldan çox təşkil edib.

Bunu departamentin mətbuat xidməti bildirib.

Pulları oğurlayan qaçmağa çalışsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları onu tez bir zamanda saxlaya biliblər. Şübhəlinin əvvəllər məhkum olunmuş 46 yaşlı gəlmə olduğu üzə çıxıb. Təhlükəsizlik qüvvələri cinayət işi açıb və təqsirləndirilən şəxs nəzarətə götürülüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə