...Mərkəzi Kəşfiyyat İdarəsi avqustun əvvəlində Vyanada Taylor Sviftin konserti zamanı törədilən terror aktının qarşısını almağa kömək edib. Bu məqsədlə kəşfiyyat məlumatları Avstriya hakimiyyət orqanlarına ötürülüb.
SİA xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Devid Koenə istinadən The New York Times yazır. Koenin sözlərinə görə, agentlik Avstriyaya hücumlar planlaşdıran İŞİD-lə əlaqədə şübhəli bilinən 4 nəfər haqqında məlumat verib.
Onlar həbs edilib. Şübhəlilərin əlində bomba hazırlama materialları və onların konsertlərin keçiriləcəyi konsert məkanına daxil olmasına dair sübutlar tapılıb.
Avstriya rəsmiləri həbs edilənlərdən ən azı birinin, 19 yaşlı Avstriya vətəndaşının İslam Dövlətinə beyət etdiyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB