Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin Monqolustana səfər edəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
Səfər sentyabrın 3-nə planlaşdırılıb. Mövcud məlumata görə, Putin Monqolustanda Sovet və Monqolustan qoşunlarının Xalxin-Qolda birgə qələbəsinin 85-ci ildönümü şərəfinə keçirilən şənliklərdə iştirak edəcək.
Bundan əlavə, prezident Monqolustan parlamentinin nümayəndələri, eləcə də ölkənin baş naziri Oyun-Erdene ilə görüş keçirəcək.
...Danışıqlar zamanı dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Rusiya-Monqolustan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Bunu Kremlin mətbuat xidmətindən bildirilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB