Şoyqunun qızı müharibə başlamazdan bir neçə saat əvvəl Rusiyadan uçub
..2024-cü ilin may ayına qədər müdafiə naziri olmuş Sergey Şoyqunun qızı Kseniya Şoyqu 2022-ci il fevralın 23-də günortadan sonra - Rusiyanın Ukraynaya təcavüzünə 14 saat qalmış Rusiyanı tərk edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Kseniya Şoyqu 23 fevral 2022-ci il tarixində saat 15:50-də Şeremetyevodan BƏƏ-nin paytaxtı Əbu-Dabiyə uçub.
Ertəsi gün saat 6:00-da Kreml Vladimir Putinin işğalın başlanması ilə bağlı mesajını dərc etdi.
Sızdırılan məlumatlara görə, Şoyqunun qızı bir gün sonra, fevralın 25-də saat 14:25-də Rusiyaya qayıdıb.
Şoyqu rus isteblişmentinin azsaylı nümayəndələrindən biri idi ki, Rusiyanın Ukraynaya hücumunun dəqiq tarixini bilirdi. Ümumilikdə Kseniya Şoyqu müharibə başlayandan bəri BƏƏ-yə 7 dəfə uçub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB