BMT Suriyadakı humanitar böhranla bağlı açıqlama verdi

BMT Suriyadakı humanitar böhranla bağlı açıqlama verdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatorunun müavini Coys Msuya beynəlxalq ictimaiyyətə Suriyada humanitar vəziyyətin kritik həddə çatdığı barədə xəbərdarlıq edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

BMT Təhlükəsizlik Şurasına Suriyadakı humanitar vəziyyətlə bağlı məlumat verən Coys Msuya deyib: "Suriya xalqı dərin humanitar böhranla üz-üzədir. 16 milyondan çox insanın, yəni əhalinin 70 faizindən çoxunun yardıma ehtiyacı var''.
Suriyadan köç edənlərin sayına diqqət çəkən Coys Msuya deyib: "Əksəriyyəti qonşu ölkələrdə olmaqla 6 milyondan çox suriyalı qaçqın kimi yaşamağa davam edir".
Coys Msuya böhrandan ən çox qadınların və qızların təsirləndiyini ifadə edib.
BMT rəsmisi qeyd edib ki, bu il bölgəyə 4,1 milyard dollar yardım edilməsinə qərar verilib, lakin hazırki yardım 1 milyard dollardan azdır və bu səbəbdən erkən yaşda evləndirilən qızların sayı artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə