Türkiyənin milli müdafiə naziri Yaşar Gülər terrorla mübarizədə qətiyyətli olduqlarını deyib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Yaşar Gülər II Ordu Komandanlığına tabe olan birliklərlə telekonfrans vasitəsilə görüş keçirib.
Yaşar Gülər davam edən əməliyyatlar barədə məlumat alıb və terrorla mübarizə mövzusunda görüləcək işlər barədə göstərişlər verib.
Terrorla mübarizəyə toxunan nazir Yaşar Gülər fasiləsiz əməliyyatlar nəticəsində separatçı terror təşkilatı PKK-nın sıralarına qoşulanların demək olar ki, olmadığını və təslim olan terrorçuların sayında ciddi artım olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB