Necati Şaşmazın son görünüşü sosial mediada trend mövzusu olub - FOTO

Necati Şaşmazın son görünüşü sosial mediada trend mövzusu olub - FOTO

“Kurtlar Vadisi” serialındakı Polat Alemdar obrazı ilə böyük şöhrət qazanan Necati Şaşmazın son görünüşü sosial mediada trend mövzusu olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kurtlar Vadisi” serialında əfsanəvi Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz serial bitdikdən sonra tənha yaşamağa üstünlük verib.

Necati Şaşmaz bir müddətdir “Kurtlar Vadisi” üçün hazırlaşdıqlarını desə də, serial yenidən çəkilməyib. "Kurtlar Vadisi"nin Polat Alemdarı, ictimaiyyətdən uzaq yaşayan Necati Şaşmazın son versiyası sosial mediada trend mövzusu olub.

Necati Şaşmazın son görünüşünə "Qardaş, dön", "Yaşlısan, Polat", "Kral serialı ne oldu", "İllər acımadı" kimi şərhlər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə