Donetsk və Luqanskda iki yaşayış məntəqəsini ələ keçirdik - Rusiya

Donetsk və Luqanskda iki yaşayış məntəqəsini ələ keçirdik - Rusiya

Rusiya Müdafiə Nazirliyi biri Luqansk vilayətində, digəri Donetsk bölgəsində olan iki yaşayış məntəqəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı məlumatlar yer alıb.

Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirdiyi bildirilən açıqlamada deyilib: “Qərb Hərbi Qrupunun bölmələri Luqansk Xalq Respublikasının Stelmahovka qəsəbəsini, Mərkəzi Hərbi Qrupun birlikləri isə Donetsk Xalq Respublikasının Nikolayevka qəsəbəsini azad edib”.

Açıqlamada İngiltərə istehsalı olan “Fırtına kölgəsi” uzaqmənzilli qanadlı raket və neft anbarlarının, həmçinin Ukrayna əsgərlərinin və hərbi texnikanın yerləşdirildiyi məntəqələrin təyyarələr, pilotsuz uçuş aparatları (PUA) ilə bombalandığı bildirilib. 135 bölgədə artilleriya və raket atəşi edildiyi və 3 Ukraynaya aid insansız dəniz vasitəsinin də məhv edildiyi ifadə edilib.

Açıqlamada həmçinin o da bildirilib ki, hərbi əməliyyatın başladığı gündən bu yana 640 təyyarə, 283 helikopter, 30 min 649 PUA, 575 hava hücumundan müdafiə raket sistemi, 17 min 593 tank və zirehli texnika, 1426 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 13 min 741 haubitsa və minaatan, 25.335 ədəd Ukrayna ordusuna məxsus xüsusi hərbi maşın məhv edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə