Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində 5,4 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti yerli vaxtla saat 10.26-da qeydə alınan 5,4 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Eşkaşım rayonu olduğunu açıqlayıb.
Yerin 224 kilometr dərinliyində baş verdiyi açıqlanan zəlzələnin dağıntılara səbəb olub-olmadığı ilə bağlı hələlik açıqlama verilmir. Zəlzələ paytaxt Kabildə və Əfqanıstanın şimal əyalətlərində, qonşu Tacikistan və Pakistanda da hiss olunub. Əfqanıstanın şimal-şərqindəki Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB