Pakistanda musson yağışları 260 nəfərin həyatına son qoyub

Pakistanda musson yağışları 260 nəfərin həyatına son qoyub

Pakistanda iyulun 1-dən bəri yağan musson yağışlarının səbəb olduğu hadisələrdə həyatını itirənlərin sayı 260-a yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, musson yağışları Pakistanda həyata mənfi təsir etməkdə davam edir.

İyulun 1-dən etibarən ölkə daxilində güclü yağışların səbəb olduğu hadisələr nəticəsində Pəncab əyalətində 98, Hayber Paxtunxva əyalətində 77, Sind əyalətində 55 və Bəlucistan əyalətində 30 nəfər həyatını itirib.

Pakistan Su və Kanalizasiya Təşkilatının verdiyi açıqlamada, Pəncabın Multan şəhərində son 48 ilin yağış rekordunun qırıldığı bildirilib. Digər tərəfdən, güclü yağış proqnozu ilə əlaqədar bu gün Heydərabad, Sanghar, Tando Allahyar, Tando Muhammad Khan, Jamshoro, Matiari, Badin və Mirpur Khas şəhərlərində məktəblər bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə