Yəmənli husilərin hücumundan sonra heyəti təxliyə edilən və içərisində bir milyon barrel xam neft olan "SOUNION" tankerində yanğın və ətraf mühit təhlükəsinin davam etdiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "EUNAVFOR Aspides"in rəsmi sosial media hesabından Avropa Birliyinin 19 Fevralda Husilərə qarşı başlatdığı hərbi əməliyyata dair verilən açıqlamada bildirilib: “"M/V SOUNION" avqustun 23-dən bəri yanır. Bölgədə fəaliyyət göstərən "EUNAVFOR ASPIDES" elementləri, gəminin əsas göyərtəsinin müxtəlif yerlərində yanğının təsbit edildiyini bildirib. Neft sızması yoxdur və gəmi hələ də lövbərdədir və dayanıb. "M/V SOUNION" həm naviqasiya riski, həm də ciddi və qaçılmaz regional çirklənmə təhlükəsi yaratdığından, yaxınlıqdan keçən bütün gəmilər son dərəcə ehtiyatla hərəkət etməlidirlər".
Yəmənli husilər də "SOUNION" gəmisinə hücum anlarını paylaşıblar. Görüntülərdə hücum zamanı gəmidə baş verən partlayışdan sonra alovların yüksəldiyi görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB