İsrail məscidə basqın edib - 5 fələstinli həyatını itirib

İsrail məscidə basqın edib - 5 fələstinli həyatını itirib

İsrail qüvvələri İordan çayının qərb sahilində Tulkarem şəhərində məscidə basqın edərək 5 fələstinlini öldürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Qəzza zolağında hücumlarını davam etdirərkən, İordan çayının qərb sahilindəki əməliyyatlarını da genişləndirir. İsrail qüvvələri bölgədə reyd və hücumlarını gücləndirir və burada da mülki insanları hədəfə alır. İşğal altındakı İordan çayının qərb sahilinin Tulkarem şəhərindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə səhər saatlarında basqın edən İsrail əsgərləri məsciddə 5 fələstinlini güllələyiblər.

İsrail ordusu öldürülən fələstinlilərdən birinin Tulkarem batalyonunun komandiri Əbu Şucaa kimi tanınan Məhəmməd Cabir olduğunu və 5 fələstinlinin hamısının silah daşıyaraq məsciddə gizləndiyini iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə