Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq planlarını ABŞ-a təqdim etməyə hazır olduqlarını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gələn ay təqdim edəcəyi planı “qələbə planı” kimi xarakterizə edən Zelenski Rusiyanın Kursk bölgəsinə qarşı əməliyyatın “planın bir hissəsi” olduğunu bildirib.
Ukrayna lideri qeyd edib ki, planın uğuru ABŞ prezidenti Baydendən asılıdır və ABŞ-ın “bu plana daxil olanları Ukraynaya verib-verməməsi” həlledici olacaq. Zelenski planını ABŞ prezident seçkilərində mübarizə aparacaq namizədlər Kamala Harris və Donald Trampla bölüşəcəyini desə də, sentyabrda Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a getməyə ümid etdiyini və Baydenlə görüşməyə hazırlaşdığını bildirib.
Digər tərəfdən Ukraynaya hərbi texnika və silah dəstəyi verən Qərb ölkələri də müxtəlif yardımlar edir. İngiltərənin Ukraynaya döyüş meydanında əsgərlərə kömək edən və rus əsgərlərini qorxuya salan “robot döyüş itləri” verdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB